TƏSƏLLİ
Hələ ömrümüzün nə yazı olub, Hələ bu dünyada nə yaşamışıq. Bizim payımıza çatası olub Təsəlli bir qaşıq, ümid bir qaşıq.
Demə ki, ömrümüz keçdi yarıdan, Biz yenə ümidli günlər yarıyıq. Biz ki gələcəyə inam sarıdan Dünyanın ən varlı adamlarıyıq!..
Yanvar, 1970
|
|