|
|
|
ŞƏRQİN ÇAĞIRIŞI
Bu gün yenə qoca Şərqin Çağırışını eşidirəm. Bu gün Böyük Səhra kimi Od içində yanır sinəm... Bu gün elə coşuram ki... Ağ Nil nədir, Göy Nil nədir, Neçə dəniz, neçə ümman, Sanki mənim qəlbimdədir. Qəlbim qara daş deyildir, Bəşər dinə, mən lal olam, Port-Səidə alov yağa, Mən evimdə xoşhal olam. Yox, Nil üstə yağan mərmi Yağır mənim otağıma. Qoca Şərqin çağrış səsi Gəlir yenə qulağıma... Deyir hava, deyir torpaq, Ey Şərq oğlu, ayağa qalx! Səs verirəm bu səsə mən, Səsim atəş, sözüm mərmi... Gurşad yağıb sel qopanda Şəlalələr kiriyərmi? Bu gün Böyük Səhra kimi Od içində yanır sinəm. Bu gün yenə qoca Şərqin Nidasını eşidirəm. Səs verirəm bu səsə mən. Çək əlini, çək Misirdən! Hansı ərəb kreyseri L-Manşında lövbər salıb? Hansı Misir təyyarəsi Alp üstündə qanad çalıb? Hansı Misir balıqçısı De, Senaya tor atmışdır. Hansı ərəb, hansı lordu Yuxusundan oyatmışdır? Orda xurma əkməmisən, Orda ehram tikməmisən. Ağ çalmalı fəllahla bir Orda şəhər salmamısan. Axı Süveyş çəkiləndə Bir damla tər salmamısan. Bəs nəyin var Afrikada Avropalı, ey qəsbkar? Misirlinin atanıza- babanıza Söylə görüm borcumu var? Yetər Şərqə soxuldunuz, Şərq çörəyi yeyə-yeyə! Yetər ərəb nefti ilə Təyyarəniz qalxdı göyə! Çək əlini, çək Misirdən Bəsdir atəş, bəsdir hədə. O, sənə diz çökdürəcək Səma Yerlə birləşsə də!
1956.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|