O NİYƏ KÜSDÜ?
O, məndən küsübdür bu axşam yenə, Günahsız günahkar olmuşam yenə. Doğrudan qızları duymaq çətindir, Gəl indi dil tapıb küsəni dindir.
Lakin çox çəkməyir danışırıq biz, Özümüz bilmədən, barışırıq biz. Bu şeytan qızların ruhuna bax sən, Öpüşlə barışır öpüşdən küsən.
1957.
|
|