 |
|
|
UZAQ DİYARDA BİR GECƏ
Uzaq, uzaq bir şəhərin Bir uca mehmanxanasında, Oturmuşam tənhalıq libasında. Oturmuşam qələmimlə baş-başa. Ürəyimlə baş-başa, Qərib evinin qapısı Yaşmaqlı-həyalı olarmış. Qərib olan yerdə Telefonun da lal olarmış. Az qalıram duram, Təcili yardıma zəng vuram. (Bir milyoner adından). Yüyürərək həkim gələ, Dərdimi soruşa. "Tənhalıq təzyiqim Həddini aşıb, Yeddi yüz səksənə yaxınlaşıb..." Həkimin əlinin təması, Bir ilıq təbəssüm dəvası Bəs edə bir neçə Yuxusuz gecə... Sonra da yeni bir "temperatur". İstəsən, indi dur Təcili yanğına zəng vur. Hay-küyçü maşınlar Ulaşa-ulaşa, Yanına dırmaşa... Deyəsən: beləcə Məcrama sığmadım, darıxdım. Təcili yanğını yığdım... Bir-iki bəd kəlmə, Bir az da cərimə- Bəs elər yarım gün. Deyirəm özümə Bəlkə sən Belə bir nəticə düşündün: Nəyinə gərək axı İşığı sırtılmış dəbdəbələr, Aşağıdan uca, Yuxarıdan alçaq, Görünən mərtəbələr? Nə vermisən Araz vadisinə, Qarabağ düzünə: Yoluna qalxanlı qayalar, Kəmərli çinarlar düzülə. Axı səni Ayağının tozundan tanıyır Çoban Ələsgərin əlləş-pəlləş itləri... Ehey, pasportumu bəri, Otel xanımı, Pasportumu bəri...
Arl-Nim, 1969. Fransa.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |