![](images/bg.gif) |
|
|
FARS MÜĞƏNNİSİNƏ
Oxu, qardaş! küləkləri, çayları saxla! Düşmənin də bu lisanı sevməyə bilməz! Oxu, qardaş! Dərələri uc-uca bağla, Mən bilirəm: nə qüdrətli fatehdir bu səs.
Bu sənətə mən ülvimi, alimi deyim? Gözəlliyin qəsbkarlıq gücünə alqış! Eh, nə qədər bu ürəkdən aludəliyim Ürəyimin öz haqqını əlimdən almış...
Kəlamının bal duzudur ən böyük varın, Bu ləhcənlə bülbüllərlə dəyişə bildin. Türk atalı, türk analı hökmdarların Bu lisanla lisanını dəyişə bildin.
Mən yanmıram. Köpüklənib lovğalanmıram. Bahar təbli, Leysan qəlbli əslim olubdur. Mən danmıram, Danmağı da mərdlik sanmıram, Bu lisana Nizamilər təslim olubdur.
Tariximin min illəri yaşar yadımda: Qonşusuna od verməyi adət etmişəm. Nənəm olub, babam olub hörmət adında, Çalağanın dilinə də hörmət etmişəm.
Firdovsinin nə günahı? səsi uludur! Xumarlıqdan kar olanın qulağını qaz! Bir oğul ki, ana dili üzü quyludur, O, şahı, abbası olar, Şah Abbas olmaz!
Mən çapmadım yer üzündə söz ələngəsi, Təbriz kimi qıfıllı bir mücrüm var orda. Uçurumdur məhəbbətin nifrət döngəsi, Kinli dəvə çox yükünü qulazlar orda...
Oxu, qardaş! Alqışladım məlahətini, Mən xalqımın mərd oğluyam, adil oğluyam. İstəməzdim bir nəğməkar məharətini Nə zamansa səndən alıb iki doğrayam.
Sentyabr, 1970.
|
|
|
![](images/bg.gif) |
|
![](images/bg.gif) |
| ![](http://www.memmedaraz.az/images/bg.gif) | ![](http://www.memmedaraz.az/images/bg.gif) | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| ![](http://www.memmedaraz.az/images/bg.gif) | | ![](http://www.memmedaraz.az/images/bg.gif) | | ![](http://www.memmedaraz.az/images/bg.gif) |
|
![](images/bg.gif) |