|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Ədalət  İSAYEV

“ATAMIN       KİTABI “

“Atamin kitabı” ( Bakı, “Gənclik”- nəşriyyatı, 1974 ) M. Arazın onuncu kitabıdır. Kitabda həyatın poeziyası, şair fantaziyası, sənət pafosu bitkin şəkildə ifadə olunmuş, hadisələr  zəngin bədii dillə tərənnüm edilmişdir. M. Arazın poeziyasında dağlara, daşlara, qanadlı qayalara, nəğmə dolu zirvələrə, gözü yaşlı bulaqlara, əmək eşqi ilə yaşayan zəhmət adamlarımıza səmimi münasibət ilk andan hiss olunur:
            Bir qayanın dibindəcə süfrə açdıq,
            Kürsümüz də, mizimiz də daşdan idi.
                      yaxud
            Bu gün mənim çörəyimdi Qarabağ düzü,
            Hər əlimdə Kür çayından bir bıçaq arxım.
Necə də səmimi səslənir!
Nəğməsini dağlara yayan çobanlar haqqında müəllif əvvəllər də gözəl şerlər yaratmışdır. Ancaq “Çoban çörəyi, coban ürəyi” şeri yenidir, təzə ştrixlərlə bəzənmişdir. Burada müəllif duyğuları sanki pöhrələnmişdir.
            Öz canında yay soyudar, qış isindirər.
            Çox vaxt onu özü səslər, özü dindirər.
            Bu çörəyi duya bilən ürəyin gərək,
            O ürəyə layiq olan çörəyin gərək.
“Dənizçi dünyası”, “Arpaçay nəğməsi”, “Dağ yaddaşında yazı”, “Küləklər” təbiətə yaxınlıqdan, doğmalıqdan, onun hər qətrəsinə, addımına bələdçilikdən irəli gələn poetik gözəlliyə çağırışdır.
            Bir çay axır boz səhranın dodaqlarına
            Bir çay nəğmə dildə gəzir, dodaqda gəzir – misrası ilə müəllif Arpaçay tikintisi barədə yeni fikir söyləyə bilmişdir. Qeyd etdiyimiz kimi M. Araz təbiətin gözəllik dünyasına təzə naxış vura bilən, poetik məna yaradan qələm sahibidir. Bunu  “Payız nidası” şerində daha aydın duyuruq.
            Dağlar payızlıqdır, mən titrək əlli
            Gözümdə gör nələr canlandı, nələr.
            Dağlar baharlıdır, mən əqidəli,
            Yaşasın baş-başa bu abidələr.
Şair nə vaxt ki, odlar diyarının keçmişinə, onun mərd oğullarına, mübarizlərinə nəzər salır, onun şer aləmi özündə cəsarət, mərdlik, mətanət kimi sifətləri tapır. Məsələn, “Babək heykəlinə, Babəkin adı, Babək qılıncıyla yazılsın gərək”.  Necə də gözəl deyilmişdir!
M. Arazın bu kitabında onun vətəndaşlıq qüruru, dünya hadisələrinə münasibəti, əsrin, zamanın təzadları öz əksini tapmışdır. “Şöhrətə atılan güllə”də İ. Çavçavadzeni öldürən güllənin onun ev muzeyində saxlanılmasından, Çilidə istedadlı şair, müğənni Viktor Xaranın vəhşicəsinə öldürüldüyündən vətəndaş şair kimi söhbət açır.              
“Biganələr iqlimində”, “Humanizm” şerləri də yüksək ilhamın məhsuludur. “Eşqimin fəsilləri”ndə təbiət duyğuları eşqin fəsilləri ilə uyuşur, qovuşur.
            Heyva sarı, nar qızıl,
            Üzü gülər nar qızın.
            Eyvanına gün düşməz
            Qəlbi sınıq yarsızın.
“Atamin kitabı” poeması ömrü boyu torpağa bağlı ağsaqqal, nurani, zəhmətkeş bir qocanın həyatından bəhs edir.Poemanın ayrı-ayrı fəsilləri, xüsusilə “Ağsaqqal”, “Tüstüsü düz çıxan ocaqlar” fəsilləri əmək, ucalıq, cəsarət, böyüklük baxımından çox yaxşı səciyyələndirilib. Müəllif  yüz yaşlı atasından, onun torpağa, elə bağlılığından səmimi xatirələr söyləyir.
                             Bu torpaq üstündə ömürlük varam
            Əzilsəm torpağa dağılasıyam.
            Nə vaxtsa dikəlib bulud yararam,
            Nə vaxtsa göyərib dağ olasıyam.
Məhz torpağa bağlılıq, insan ömrünü zinətləndirir, alın təri ömrü, günü işıqlandırır. M. Araz ilhamı ilə, qəlbi ilə söhbət edir. Özünü onlara tutub deyir:
            Ey mənim yaşamaq, yazmaq həvəsim.
            Tək səni özümlə aparasıyam...

1975


 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws