|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
SƏNƏT İŞIĞI

Balaş Azəroğlunun yaradıcılığı ilə iyirmi il bundan əvvəl «O, qürub etdi» şerini oxuyandan sonra tanış olmuşam. Xalqımızın qəhrəman oğlu Firudin İbrahimi haqqında yazılan bu şer mənim aləmimdə qəlbində insanlıq, vətəndaşlıq, haqq-ədalət duyğusu olan bütün adamlara döyüş təlimi verib ayağa qaldıran qeyri-adi bir qüvvəyə qadir idi. İndi də həmin şeri  eyni qürur hissi, eyni qəzəb və Firudin İbrahimiləri ayıldacaq bir inamla oxuyuram.
O vaxtdan bəri Azəroğlu mənim şairim olub; qələmindən nə doğulub, sinəsindən nə yağıbsa – hamısıyla tanışam. Hamısıyla üz-üzə oturub dərdləşmişəm, məsləhət almışam;  bəzisi ilə də qol-qola verib, biletsiz, icazəsiz Araz qırağına getmişəm, Arazın gileyində çimib qayıtmışam.
Sonralar belə qərara gəlmişəm ki, heç bir qəhrəman  qürub etmir. Bir ulduz  şəklində batıb, başqa ulduz kimi doğulur. Çünki Vətən oğul istəyir. «Elə oğul istəyir Vətən...» Biz  bəzən görməsək də, gəlişini hiss eləməsək də elə oğullar doğulub böyüyür. Yoxsa Vətən vətən olardımı?  Elə Azəroğlu elə oğullardan biridir. Şair də qəhrəman olurmu? Bəli olur. Vətən üçün qəhrəman cəsarəti, qəhrəman hünəri, qəhrəman  məhəbbəti ilə nəğmələr qoşmaq; özündə həmişə həqiqət,  vicdan, namus və qeyrət alovu daşımaq və bu odu vətəndaşlıq qayəsi ilə insanlara paylamaq; onların evini işıqlandırıb arzusuna-ümidinə bələdçilik eləmək qəhrəmanlığa layiq hünərdir. Şair qəhrəmanlığını torpaqdan  ayrı, insan düşüncəsinə bələdçilikdən ayrı təsəvvür etmək olmaz.
Dərin, qaranlıq bir gecədə ən uzaq dağ döşündə gecəni qarsa, göyü yalaya-yalaya yanan bir ocağı müşahidə etmisinizmi? Qərib yolçu və ya uzaq mənzil kəsən səyyah üçün o tək ocaq ən yaxşı həmdəmdir; gecə yolçusunu məqsədə səsləyən yeganə işıqdır.
Şair əbədi ocaq, əbədi bələdçi, əbədi ağsaqqal deməkdir. Məncə, şair, əsl şair həmişə işıqdır. O, kədərləndirib kövrəldəndə də, qəzəbləndirib yerdən üzəndə də, nakam bir məhəbbətin tərcümeyi-halını danışanda da... İşıq olmayan  sənət ildırımın ağzından qopsa belə insanlara lazım deyil.
Şair oxunmalıdır, onun şerləri məclislərdə deyilməli, müdrik şair sözü mübahisəli məsələlərdə ortalığa girib ağsaqqal olmalıdır.
Mən Balaş Azəroğlunu belə tanıyıram. Qoca, nurani Təbrizi, əsrin tikanlı dolaylarında itmiş tarixi şöhrətini axtarmaqla təsəlli tapan, Səttarxan diyarını fikrən bu işıqla gəzən, öz humanist, qəzəbli, həlim, kövrək, lirik  şerləri, epik poemaları ilə B.Azəroğlu öz əsərinə həmişə işıq daşımışdır. Əlli-qollu bu işıq yüz qola ayrılsın. Bu qolun biri də Təbrizə...

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws