|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BAHAR DÜŞÜNCƏLƏRİ

“Bahar g?lir” basl?ql? ilk serin mu?llifi kim olub gor?s?n? B?lk? bu, ulu Gun?sin torpaga ?l?n?n sualar?ndan dus?n bir s?da imis, ilk oxuyan? sairl?r olub. Yer uzund? b?s?rin qulag? esid?n ilk n?gm?nin mu?llifi analard?r. “Bahar g?lir” n?gm?sinin d? ilk s?das? analar?n dilind? s?sl?nm?li deyildimi? Yerin-Goyun anas?, dili ild?r?m hayq?rt?s? sims?k is?g?, bulud gurultusu, vulkan haray?, d?niz n?r?si, cay q?y?lt?s? olan, qocalardan qoca, cavanlardan cavan, yax?nl?q-uzaql?q, ?z?llik-sonsuzluq ilah?si Gun?s ana! Uc yuz altm?s bes gun s?nin dovr?n? f?rlanan kur?mizin bir an? da s?nsiz olmur. Yeri oz oxuna meylli olmaga s?nin cazib?n m?cbur el?yib. S?n ona “bir q?d?r ?yil oz oxuna t?r?f, ayag?n?n alt?na bax” dem?s?ydin Simal v? C?nub yar?mkur?l?ri aras?nda “is?q bolgusu” nec? h?ll olunard?? Yaxs? ki, h?l?lik bizə m?lum yegan? canl?, yas?l planetimiz? s?n oz is?g?n? cox ciddi x?sislikl?, d?qiq bir cir? il? paylam?san. S?xav?t ozu d? mu?yy?n s?dd? q?d?r g?r?klidir. S?nin bahar s?xav?tin bir doyumluq, iki, uc, yuz doyumluq deyil. ?b?di olan bahara bahar dem?zdil?r. Nəsə, basqa bir ad qoyard?lar. Biz mulayim qursaq ovladlar?y?q. Bizim f?sil t?s?vvurumuz omur-gun t?s?vvurümuzl? qonsudur. Yoxsa, b?lk? d? korp?l?rin t?b?ssumund? dogulan bu misralar f?sil t?s?vvurü olmadan boyuk sairin varag?na kocub dilimizd? indiki q?d?r h?rar?tl? s?sl?n?rdimi?

    G?l-g?l, a yaz gunl?ri,
    Ilin ?ziz gunl?ri.

Bahar g?lir. Gun?s ekvator x?ttini “k?sib” C?nub yar?mkur?sind?n Simal yar?mkur?sin? kecir, ?slind? bu “kecir” sozu d?, ekvator x?ttinin ozu d? s?rtidir. Yer kur?sinin uz?rind? ekvator-istilik qursag? var, bu s?rti x?tti is? x?rit?l?rd?, qlobuslarda mu?yy?n anlay?s xatirin? c?kirik. ?sas s?b?b Yerin illik h?r?k?tind? “bizim ustund? durdugu hiss?nin” Gun?s? t?r?f yon?lm?si, daha cox is?q almas?d?r. Dem?li, bizim h?rd?n Gun?sd?n uzaqlasmağım?z, ona yax?n olmag?m?zd?r. Dem?li, uca daglar mulkund?n oyanmal?, caylar Gun?s sualar? alt?nda par?ldayan qar topalar?n? ax?d?b bulan?q sular?na qatmal?, aram-aram bu buğlanan torpaq ?kinci n?gm?sind?n ay?lmal?, quslar yuva qurmal?, insanlar ev y?r-y?g?s?n? qurtar?b tarlaya c?xmal?d?rlar. Cunki h?rar?t, is?q coxal?b. Qar alt?ndan novruzgulu boylan?r. Novruzgulu qardan qorxmursa, dem?k, torpaga d?n dus? bil?r. Eyvanlara s?m?ninin c?xan vaxt?d?r. Uzaq ?srl?r ard?ndan q?mli bir as?g?n s?si esidilir:

Bahar g?ldi, yer oyand?,
Soyuq q?s?n yas? g?ldi.
Ala okuz c?k kotan?,
Orusl?rin yaz? g?ldi.

Ancaq aşığın holavarı qəmgindir. Aşıq xışın dəstəyindən yapışıb dərdini torpağa yazır, nəğməsini baharla bölüşür. Kürəkləri qızsa da, sümüyü sızıldayır, ürəyi isinmir. Ona görə ki:

Alaçığın su üstədi,
Mərcan altda, su üzdədi,
Xəstə könlüm su istədi,
Qabağıma Yazı gəldi.

Yazı ucsuz-bucaqsız düzənliyə deyərdilər. Aşığın Yazı düzünə, kim bilir, bir damcı yağış düşəcəkmi? Bu örüşlərin yazında onun məhsul baharı üzünə güləcəkmi? Bahar həmişə oyanışdı, təbiətin «inqilab fəslidi», böcəkdən tutmuş insana qədər bütün canlı varlıqda ətaləti silkələyən zəlzələdi.
Bahar ən nəhəng dağları  gərnəşdirir, titrədir, təbiətin nizamını «əlinə almağı» ona diqtə eləyir.

Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar.

Son iki misrada Aşıq Ələsgərin çox ciddi eyhamı dağlara üz tutub.
Bəli, təbiətdə belədir. Onun heç bir qanunu nəyəsə, kiməsə üstünlük xatirinə mövcud deyil. Qar da, yağış da, dolu da, ildırım da, gürşad da varlı-yoxsul torpağı tanımır. «Görüm-baxım» bilmir. Üzgörənlik eləmir.
Sanki «inqilab fəslində» bu mənzərələri daha yaxşı müşahidə etmək olur. Bəlkə başqa fəsillərdə insanın damarlarında çay daşqını, insan qəlbində isə «qan daşqını» məcrasına sığmır. Poetik müqayisələr, təzadlar, əriyib itmələr, göyərib qalxmalar, axnayıb axmalar, bulanıb durulmalar bu fəsildə daha çox  rəng alır, bu fəslin fırçası  heç bir fəsildə yoxdur. Bu fəslin kətanı Yer  kürəsinin üfüqü qədər genişdir.
Şairin də, aşığın da ictimai gileyləri bu fəsildən çox yapışıb fırlana bilir, lazım gələn «talaya» yığa bilir. Təbii olaraq, çox söz ustaları öz doğulduğu günü unudub baharda doğulmağı arzulamışlar.
Bizim babalar baharın nəfəsini duyar-duymaz  qoşqusuna yeni bir sığal çəkər, xışını, kotanını, gavahınını gün altına  töküb qızdırar, pasdan təmizlər, rəncbər dostları ilə  üzə gələn yazın qayğısını müzakirə edərdilər.
Nənələr təndir-ocağın uçuq-söküyünü gözdən keçirər, gəlinlər toxuduğu xalının son ilməsini vurmağa tələsər, səməni qoyar, uşaqlar yumurta döyüşünə toplaşardılar.
Min ildən artıq tarixi olan bir sənətin yeni söz qapıları açıldı, yeni rənglər gölü yeni fırça sahibini axtardı. Bu yeni baharın üfüqündə doğulan  nəğmələrə qoşulan  qədim söz sənəti əsl xiridarını tapdı; qədirbilən bir xalqın qan-yaşla dolu tarixi öz təzə səhifələrini bu baharın yaz müjdələrini yazan nəğmələrlə bəzədi.
İnsan yüz illərlə ildırımın, gürşadın, selin və s. təbii  hadisələrin dağıdıcı qüvvəsindən dəhşətə  gələ-gələ, həm də onlardan  çox şey öyrənib. Gücün  qarşısına yalnız fiziki və ya əqli güclə çıxmaq olardı. Bu güc baharda yığılıb, payızda-qışda açılıb; ya da qışda buz kimi dona-dona böyüyüb, qəfil vulkanik proses kimi baş qaldırıb torpaq üstündə «yeni landşaft» yaradıb. Bütün rəngkarların ilk müəllimi bahardır. Bütün nəğməkarlara  ilk laylanı öyrədən bahardır.
Bütün söz ustadlarının da ustadı bahar olub.
Mənə elə gəlir ki, bəşəriyyəti qaranlıq mağardan işığa çıxaran ilk səs, ilk haray da baharındır. Geosentrik nəzəriyyəni – «kainatın  mərkəzində duran Yerdir, qalan nə varsa  onun başına fırlanır» - deyən alimin pəncərəsi bəlkə də Günəşə baxmırdı.
Heliosentrik nəzəriyyə, yəqin ki, baharda – Günəşin Yer üzərində cah-cəlal yaratdığı bir fəsildə dünyaya gəlib.
Xaqani də, Nizami də geosentrik nəzəriyyəni bəlkə elə-belə, o zamankı ənənəvi elmi etikanı pozmamaq xatirinə qəbul etmişlər. Onların əsərlərində Günəşə, işığa poetik pərəstişkarlıq, yəqin ki, bahar ayında doğulmuşdu. Çünki bu hiss onlarda işıq qədər işıqlı, işıq qədər durudur.
Ümumiyyətlə, poeziya hansı fəsildə, hansı iqlim şəraitində doğulur-doğulsun, fərqi yoxdur. O, baharın övladıdır. Ona kəsərli qılınc dilini, ona həzin bulaq pıçıltısını, düşməni görəndə şir olan, Nigarı görəndə körpələşən Koroğlu təbiətini bahar verib.
Yoxsa hardan bu qədər səs ki, bu qədər söz ki, sevincə, qəzəbə, nifrətə dönür. Özü də hər qələm sahibinin ilham otağında bir rəngdə, bir ahəngdə. Çünki bahar təkrar sevmir. Dünənə yağan qar, yağış, bulud hikkəsi, ildırım səsi dünənə məxsus idi. Bu gün eyni səs, eyni ahəng, eyni rəng o şəkildə görünsə də təkrar olunmur. Təbiətin bütün təkrarı təkrarsızdır. Hər şey  bir dəfə doğulur, bir dəfə ölür.
Ucsuz-bucaqsız Vətənimiz sənaye və kənd təsərrüfatı, elm və mədəniyyət sahələrinin inkişafında daha nəhəng addımlar atacaq, daha parlaq gələcəyin üfüqləri yaxınlaşacaq, daha nurlu, məhsullu, bərəkətli baharın qədəmlərinə gül-çiçək səpiləcək. Onuncu beşilliyin tikintilərinə yolumuz düşəcək. Milin Sərdar oğullarının qəhrəmanlığından söz açacaq, onların bahar duyğularına nəğmələr qoşacağıq.
Yer üzündə insan zəhmətinin baharı əbədiyyət fəslinə daxildir. İlhamın yaratdığı bahar ölməzliyə gedən yolla gedir.
Qoy yaz Günəşi daha möhkəm şığısın, qoy  meşə qurşaqlarının qar kirsları xarlanı tərpənsin, dərələri ağ köpüklü  çayların nəğməsi selələsin; təki dağ keçiləri, xallı marallar, ürkək ceyranlar ildırım səsindən hürksün; təki qara torpağı çimdirən yaz yağışı olsun. Yaşıl dünyamızın, şer-sənət dünyamızın, analı-körpəli dünyamızın dilindən bu misranın düşən günü olmasın!
- Xoş gəlmisən, baharım, xoş gəlmisən!

mart, 1976

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws