|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
TURŞSUDA ŞİRİN SÖZLƏR

Şuşanın qədim şöhrətindən söz düşəndə  gözümüzün önündə  ayrı-ayrı sənətkarların  adları abidə  zirvələr kimi dayanır.  Onların qarşısında papağımızı  çıxardır;  bəzisinin alovuna, bəzisinin gözünə, bəzisinin də alışa bilməyən işartısına isinirik. Bu dağların təbii gözəlliyi  necədirsə,  olduğu kimi də görünüb; sanki insanları  bu hissə səsləyib ki, təbiət kəfən-pərdəni sevmir. Təbiət gözəlliyi, insan gözəlləri   yarışa çağırır.
Bizim dağ rayonlarımızda, dağətəyi rayonlarımızda, məncə, çadranın «tarixi»  yoxdur.  Bizim dağları  «təqlid eləyən» qəşbəndli nənələrimiz; kəmərli qayaları xatırladan kəmərli, büzməli, nimtənəli  analarımız kişilərlə  bərabər yaylağa köç daşıyıb, uçurumları at belində  çəkib keçiblər.
Burada keçən əsrin daş əlləri  qayalar döşündə bir işıq yandırmışdı. Bu işıq yanırdı; öz göz yaşı özünü söndürürdü, öz ürək odu təkrarən onu yandırırdı. Ona, onun bülbül yuvasına daş atanlar da az deyildi.  Tarix o daşı atmaqda  mahir olan «ustaların» qollarını yanına saldı.  Natəvan  işığı, Xan qızının daş nəğməli  imarəti dağlara qaynaq olub  qaldıg
Bu fikirlər bəzən Turşsuya gedən yoldan məni kənara  çıxarır.  Özüm bir yolda, fikrim başqa bir yolun dabanındag
Gedib Ağabəyim Ağanın, Xan qızının, onlar kimi neçə pərvanə  qadın sənətkarın  qəbrini ziyarət edirəm. Dünəni qədim ənənələrdən keçən  yolları adam həmişə qürurla gedir. İnanırsan ki, yolunun üstündə bulaqlar, quş cəh-cəhləri, zəhmətkeş əllərin ucaltdığı işıqlı  evlər çıxacaq.
Sarıbaba, Sağsağan, Kırs, Buğadaş, Koroğlu daşıg Turşsu  qəsəbə sovxozuna  gedən yollarda  bizi bu yüksəkliklər  qarşılayır.
Turşsu Şuşa rayonunun  dağətəyi qəsəbələrindən  biridir.
Bu il mayın 4-də  Turşsuda  bizi qəşəng  bahar qarı qarşıladı. «Şuşa» qəzetinin redaktoru  İ.Əbilovla  Turşsu bulağının kənarında maşından düşüb su içdik. Gicitkən  qomunun qarını təmizləyib ovduq. Körpə yarpızlardan bir xeylisini  soyuqdan xilas elədik. Qar altında baharını yaşayan  bənövşə tapdıq.  Bulaq başında baharlı qışın  birgə «təşkil etdiyi» bu ziyafətdən sonra yolumuzu fermaya döndərdik. Axşam sağını vaxtı sağıcılarla görüşmək, görüşməkdən çox onların mahnısını dinləmək istəyirdim. Eydirmə mahnını, nənəmin əl-ayağına dolaşa-dolaşa  girəvə tapıb  köpük yaladığım vaxtlar indi yadıma düşdü. Doğrudur, fermaya yad adam  gəldiyini  hiss edən  kimi sağıcılar «ciddiləşdilər». «Konsert» yarımçıq qaldı. Görünür,  sonra eydirmədən xumarlanmış  təpikcil  inəklər «konserti» davam etdirməyi  «təkid etdilər». Qonaqlar artıq sağıcılar üçün adiləşdi. Onlar heç kəsin diqqətini  hiss eləmədən öz işlərində – süd sağmalarında, çəlləklərə boşaltmalarında, tərəziyə  dartmalarında idilər.
Hər bir sənət – istər böyük olsun, istər kiçik – gör-götürdən başlayır. Odur ki, ilk baxışda asan görünən – «nə var, vedrəni götürərəm, inəyin yelininə əl apararam, süd  axıb gələr» - sağıcılıq işinin, sağıcılıq zəhmətinin müəyyən ənənəsi var.
Nənəm həmişə deyərdi ki, inəyin südü-yağı sağanın əlindədir.  Ona görə də hər gələnə  sağın etibar eləməzdi.  Həmişə özü sağardı. İmkanı olmayanda bu vəzifəni  ortancıl gəlinə tapşırardı. Böyük gəlinə deyərdi ki, qılığın yoxdu, inəyi acıdırsan. Səninki kola keçidir, o çabalaya, sən yumruqlayasan. Kiçik gəlinə deyərdi ki, inək döşünü doldurub örüşdən qayıdanda  kefi çox saz olur.  O kefi tutdun – buzovun payını çıxıb, qalanını sənə verəcək. Yox, onu pozdun, ta zəli də qoysan istədiyindən artıq verən deyil.  Gəlinə deyərdi ki,  inək qisminin  zil qırmızıdan xoşu gəlməz. Sən də ki, maşallah, alışıb-yanırsan. Bir də inəyə yaxınlaşanda səs elə.  Qılıqlı səsinlə adını de inəyin.
İndi bilmirəm, nənəmin  əsasnaməsi nə dərəcədə  elmi həqiqətə  uyğundur.  Onu bilirəm ki,  babamın çomağını  yemiş ürkək vaxtlarında belə bizim inəklər  qaşınıb dayanar, nənəmin əllərinin tumarını istədikləri açıq-aşkar hiss  olunardı.
Deyirlər, Həcər nənə  bu dağlardan çox keçib. O, bugünkü rəfiqələrinin taleyi üçün, azad məhəbbət dünyası üçün  aynalını çiyninə salıb ölümlə daban-dabana addımlayırdı.  «Həcəri özündən qoçaq Nəbi»ni ona bağlayan  tellərdən biri  də bəlkə bu idi.  İki adamın bir məhəbbət üçün vuruşub qələbə qazanması  çox da böyük qəhrəmanlıq deyil.
Tarixin böyük məhəbbət  qəhrəmanları həmişə  böyük məhəbbət uğrunda, yəni «məhəbbətlər» uğrunda vuruşmuşlar.  Bu dağlarda yaşayan  uzunömürlü qocaların-qarıların yaddaşında o  vuruşların  o qədər səngərləri  qalır kig
Turşsuda  axşamüstü  gün çıxmışdı. Meşənin qar qırçını  yavaş-yavaş sökülürdü, əriyib itirdi.  Kırsdağı  qaşqabaqlı idi.  Görünür, hələ də  qar qəzəbi soyumamışdı. Ancaq bahar öz işində idi.  Dərə yamacları  buğlanırdı.  Qəfil  qar bir  qarış  boy atmış göy otu qarsıda  bilməmişdi.  Qardan sonra Turşsu bulağının kənarında dikələn  körpə yarpızlar elə şux, elə  gülümsər idilər kig
Sürücü sükan arxasında, sağ  əli açarda idi. Sanki demək istəyirdi: «axşam düşür, tərpənmək lazımdır, yollarımız çox dolamadır».
Elə  bil ki, Turşsunu ilk və son dəfə görürdük.  Ayrılmaq istəmirdik. Bu soyuq havada nə qədər su içdik. Hərə stəkanı  doldurub əlinə götürdü və son dəfə bir «sağlıq» dedig
Qanrılıb Sarıbabaya tərəf baxdım. Dağlara tərəf sürünən dumanın ətəyində bir sürü gözümə dəydi. Qəribə bir mənzərə: yaşıl döşdə  bir adanı xatırlatdı.  Mən özüm demək istəyirdim, İsrafil məni qabaqladı:

Duman, salamat qal, dağ,  salamat qal,
Çoban, salamat qal, sağ-salamat qalg

                                                                             Şuşa-Turşsu,
                                                                                  may, 1973

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws