|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BAKI BİR BAKIDIR Kİ

Bakının Dağüstü Parkında  hər həftə, hər gün doğma şəhərimizi  seyr etdiyim  məqamları indi göz önünə  gətirə bilmirəm.  «Bakı bir Bakıdır kig»  şerinin qanadlı  misralarını  unutmaq olmur.  Doğrudanmı, Bakı – mənim gəncliyimin Bakısı daha gözəl olub?  Yoxsa, əvvəllər parıltıya daha çox uyurdum? Şəhər parıltısı şəhər dumanından  güclü idi?  Bəlkə insanlar öz «daxili tumarlarına» daha çox uyumuşdular, ətraf mühitdən, şəhər havasından isə az xəbərdar idilər?  Birdən yuxudan ayıldılar ki, havaları  çatışmır, boğulurlar.  Sanki bu diksinmədən  sonra saatlarla  televiziya ekranına göz zilləyən  adamlar  küçələrdə onlara  «atəş açan» on minlərlə  maşını gördülər.  Zəhərini düz onların ciyərinə üfürən  zavodların,  fabriklərin, bunlara oxşar digər müəssisələrin, elə burunlarının dibindəcə  gecəli-gündüzlə yanan zibillərin tüstüsünü gördülər.  Kimə demək, kimi haraya çağırmaq?
g Əlbəttə, birinci növbədə elmi, elmi düşüncəni, elmi munasibəti köməyə çağırmaq lazım  idi.    Bunu eləmədilər. Hay saldılar, haray saldılar. Bu bəd əməl sahibləri əvvəldən özləri bunu etməli idilər. Bunlar bilirdilərmi elmi düşüncənin «razılığı olmadan» nəinki «qızıl qiymətinə» gedən  Sumqayıt zəhərlərini, Qara   şəhər, Ağ şəhər, «Boz şəhər» tüstüsünü istehsal etməklə xeyir qazanmaq, insanların can sağlığı hesabına – təsərrüfat hesabına, özünü maliyyələşdirməyə keçmək kimi zərərli hadisələrə  yol vermək, adi bir su dəyirmanı  da tikmək olmazdı? Şəhər küçələri ilə  tüstülənə-tüstülənə gedən  avtobusun sürücüsündən  soruşanda ki, bu vəziyyət  sizi bir vətəndaş kimi, bu hava ilə nəfəs alan bir canlı kimi narahat eləmirmi?  Cavabında nə desə yaxşıdır: «İşimizin səviyyəsi belədir». Səviyyə aşağı ola bilər,  amma bu səviyyədən yuxarı səviyyələr də var. Biz belə   düşünən adamları  bu və ya digər səviyyədə tənbeh eləmək, başa salmaq, ya da sükan arxasından salmaq kimi tədbirlərə əl atmalıyıq. İndi maşınların  şəhər havasını  çirkləndirmə səviyyəsi elə «yüksək» səviyyədədir ki,  sürəti artıran, qeyri-qanuni  ötüşməyə varan sürücülərə də göz yummaq mümkündür. Ancaq tüstüləyən maşının sürücüsünə ciddi, çox ciddi tənbeh lazımdır.  Bu işə nəzarət edən avtomobil müfəttişlərinin insan vəzifəsi,  vətəndaş borcu  çox açıq, çox aydın olmalıdır. Mən hələ vəzifə borcunu demirəm.
«Bakı bir Bakıdır kig» Şəhərimizin yaşıllığı getdikcə artır. Bu, isbatedilməz həqiqətdir. Hər şey göz qabağındadır. Ancaq bu yaşıllıq artdığı  qədər də getdikcə azalır. Şəhərətrafı, şəhərdaxili  yaşıllıq sahələrinə tez-tez od vurulur.  Bu yanğınların «müəllifləri» çox zaman məsuliyyətsiz valideynlərin mərdüməzar uşaqlarıdır.  Qanun bu kimi pozuntulara tənbeh, daha doğrusu, cəza tənbehi, cəza tədbiri təyin etməlidir.  Yaşları bu cəzaya uyğun gəlməyən  uşaqlar üçün valideynlər cavab verməlidirlər.  Bu məsələlər barəsində çox yazılıb, çox deyilib.  Ancaq bu vəziyyət yenə də davam eləyir.  Yenə  yazılmalıdır, yenə deyilməlidir.  Vəziyyət isə yenə təkrar edilməməlidir.  Onda yazmağa, deməyə söz qalmaz, çox şükürg
«Bakı bir Bakıdır kig»  Yox, hələ Bakı biz  deyən Bakı deyil.  Uzağa getməyək. Bir neçə gün bundan əvvəl çox da qeyri-adi  olmayan sel hadisəsini xatırlayaq. Bir də təkrar edirəm, çox da qeyri-adi olmayan sel. Bu az yaşımızda  belə yağışları çox görmüşük.  Gərək təbiətin hər cür yüngül və ağır hücumuna, daha dəqiq desək: «əks hücumu»na hazır olmağı bacarasan.  Bəs necə bilmişdin, yoldaş insan?! Əlində bayraq! Ura! – Təbiətə hücum var! - deyə-deyə, təbiətin  milyon  illərlə sabitləşib möhürlənmiş həyat tərzini pozmağına fəxr  eləyəndə, heç olmasa, ən yaxın məsafədən gözlənilən «əks hücumu» gərək görəsən. Yuva qurmaq, bu yuvada bala böyütmək hələ işin hamısı deyil.  Gərək biləsən ki,  yurduna-yuvana  qəfil qasırğa hansı səmtdən, hansı məqamda, hansı gündə, hansı səviyyədə hücum çəkəcək. Bunu duymamaq,  hiss eləməmək, buna hazır olmamaq, ən azı ekoloji  korluqdur, ekoloji  «əfəllikdir». Sel hadisəsi əvvəllər də olub. Bu məsələni belə çeynəməkdə  məqsədim şəhər ictimaiyyətinin qulağına  pıçıldamaqdır: seldən ağır, çox ağır təbii və süni hadisələrə qarşı qılınc və qalxanı göz qabağında saxla! Sənin, yoldaş bakılı, sinən Xəzərə açıq, gözlərin Xəzərə baxır. Bəs belədirsə, niyə sahil  bulvarının bir hissəsinin, onun davamı olan dəniz sularının bu qədər çirkləndiyini görən  yoxdur? Görən yox, haray çəkən!.. Bəs bel-külüng götürüb onu Aral gölünə çevrilməkdən kim qoruyacaq? Amerika qitəsindən, Afrika kontinentindən gəlib bizim işimizi görən olmayacaq. Nə eləsək də özümüz eləməliyik. Yalnız biz özümüz!
Başqa bir məsələ. Bakı təkcə Dağüstü Parkdan ibarət deyil. Daxili Bakıdan başqa, bu daxillə  vəhdət  təşkil edən «xarici Bakı» da var. Kirov qəsəbəsindən Binəqədi, Balaxanı istiqamətində gendən çala-çökük yolun sağında-solunda qaynayıb daşmağa  hazır neftli, mazutlu gölləri, gölməçələri kimin, nəyin, haranın adına yazaq?  Sabunçu, Razin, Zabrat qəsəbələri də, Ramana kəndi də,  adını çəkmədiyim  onlarla obyektlər, kanal sularının bataqlığa döndərdiyi mənzərələr də sənindir, mənimdir, bizimdir. Ərazimizin Hollandiya və Danimarkanın  birlikdə ərazisindən  neçə dəfə  böyüklüyündən çox da qürurla  danışmayaq. Finlandiya  ərazisindən  on dəfə, yüz dəfə böyük ölkələr  də var. Amma iqtisadiyyat  və mədəniyyət baxımından bunları tərəziyə qoysaq, Finlandiya daha ağır olar. Bu mənada Abşeron  torpağına münasibət bütünlükdə Azərbaycan ərazisinə münasibətlə tən gəlir.
Dağ və dağətəyi torpaqlarımız eroziyaya, uçqunlara, sürüşmələrə məruz qalmaqdadır. Düzənlik ərazilərdə vaxtilə  çox münbit olan torpaqları duz basır. Çox da sevmədiyim bir  ifadəni yenə də işlədirəm: «qızıl qiymətinə»  olan Abşeron  torpağının xeyli  hissəsi çoxdandır ki, «ölümə məhkumdur». Bakı ətrafında elə yerlər var ki,  «neftli» sular  burada elə təhlükə  yaradıb ki,  torpağı xilas etmək naminə bircə əlac qalır: burada təcili  olaraq  neft istehsalını  dayandırmaq.
Ancaq   Bakı elə  bir Bakıdır kig bütün ekoloji çağırışlara qulaq bağlayacaq, öz «tüstülü mühitini» yaşıl donunda əridib yox edəcəkg Buna inanmağa əsas çoxdur!

                                                                            iyul-avqust, 1988

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws