|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BÖYÜK SƏNƏTKARA LAYİQ ABİDƏ

Keçən ay – oktyabr ayının 29-da ölkə prezidenti cənab Heydər Əliyevin başçılığı ilə Bakıdan Naxçıvana dahi sənətkar Hüseyn Cavidin məqbərəsinin açılışına həsr olunmuş təntənəyə böyük nümayəndə heyəti getmişdir. Bu təntənə sözün həqiqi mənasında böyük idi. Naxçıvan çuxuruna sığmaz idi, küçələrdə maşınların keçməsi mümkün deyildi. Böyüklü-kiçikli bütün Naxçıvan camaatı küçələrə çıxmışdı. Bu təntənə həm də ona görə böyük idi ki, - dahi Cavidin məqbərəsinin açılışına ölkə prezidenti özü gəlmişdi, ayrı cür də ola bilməzg Bunu hamı yaxşı bilir ki, hələ 15 il əvvəl dəf olunmaz bir çətinliyi dəf edib, nüfuzu, zəhmi, qüdrəti, böyük sənətkara məhəbbəti və yüksək təşkilatçılıq qabiliyyəti ilə Hüseyn Cavidin cənazəsini Sibirdən Azərbaycana gətirdi Heydər Əliyev.
O vaxt Heydər Əliyevin göstərişi ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə tikilməsi qərara alınmışdı.
Heydər Əliyev 1982-ci ildə məlum səbəbə görə respublikadan gedəndən sonra heç bir iş görülmədig O, respublikaya qayıtdıqdan sonra yarımçıq qalmış, əslində, heç tərpənməz işə təkan verdi. İndi əzəmətli, mərmər geyimli məqbərə hazırdır. Məqbərə içində nakam məzarlar – dahi Cavidin, Müşgünaz xanım və Ərtoğrulun məzarları uyuyur.
Deyirlər ki, memarlıq guya konstruktiv sənətdir; heç bir fikir: nikbinlik, bədbinlik, qəzəb və s. ifadə edilmir.  Qətiyyən belə deyil. Bir an mərmər geyimli məqbərənin cizgilərində həyatı nikbin yaşamağa, xoş günə, xoşbəxt günlərə çağırış oxuyuram, eşidirəm, görürəm.
Cavid əfəndi böyük humanist idi, qan tökənlərə, zülm edənlərə nifrəti vardı, qəzəbi vardıg
Bu hisslər onun qəbir daşında da oxunur.
Naxçıvana getməzdən üç-dörd gün əvvəl «Azər» poemasından parçaları yenidən oxudum. Bütün yol boyu qulağımda səslənirdi, elə indi də səslənir bu misralar.

Azər deyirdi:

g Əvət, insan olursa insanlar
Şübhəsiz, parlayıb da vicdanlar
Sevgi nuruyla kainatı bəzər
Buraxıb kini, qurd qoyunla gəzər.
Bəllig Ta əskidən böyük başlar
Sülh üçün uğraşıb çalışmışlar.
Çıxaraq hərbə qarşı həp ürəfa,
Əbədi sülh içində buldu şəfa.
Kimi «qan-qan» deyib də çıldıraraq
Sülhə düşmən kəsildi işdə məraqg
Bizcə kim haqlı? Qan tökənlərmi?
İmrənib sülhə diz çökənlərmi?
g Şübhə yox, sülhə meyl edə hər kəs,
Çünki  hər gözdə parlıyor bu həvəs.
Tək böyük səltənətsə  dərvişlik,
Olamam mən o xəstə fikrə şərik.
Ölü, miskincə ömrə min nifrət!..
Sizi mən sülhə eyləməm dəvət.
Əbədi sülh ümidi haqqı boğar,
Yaşamaqçın fəqət mübarizə var.

Bu səsə, monoloqa (monoloqlara) qulaq asdıqca deməyə bilmirsən: Cavid səsi, Cavid sənəti nə qədər müasirdir, nə qədər təzədir, nə qədər əbədidir. Yeni ucalan bu abidə məqbərənin hər daşına Cavid səsi hopub. Qədim Naxçıvan torpağında, geniş bir torpaqda yüksələn bu abidə Naxçıvan gəncləri üçün yeni and  yeri, yeni nəsihət, yeni mubarizə, yeni çağırış yeri olacaqdır.
Sizi təbrik edirəm, möhtərəm prezident Heydər Əliyev! Yuxarıda qeyd etdiyim kimi, dahi Cavidin cənazəsini, obrazlı desək, dünyanın axırından çiyninizdə Bakıya gətirməklə kifayətlənmədiniz; onu yenidən çiyninizə götürüb doğulduğu yurda gətirdiniz. Onu Müşgünaz xanımla və Ərtoğrulla birlikdə bu nur odasına tapşırdınız.
Siz bu əməliniz üçün nə qədər məmnunsunuz. Naxçıvanda keçən təntənəli günlərdə buna şahid olduq. Siz bu yüksək əməllərin - yuxarıda dediyim kimi -  birinci müəllifisiniz! Sizi təbrik edirəm, Turan xanım! Siz ölməz atanızın adına layiq məqbərə ucaldığını gözünüzlə gördünüz. Ana məzarını da, qardaş məzarını da ata məzarı ilə yanaşıg  Siz həmişə olduğu kimi kövrəkdiniz, məyus deyildiniz, tox idiniz, toxdaq idiniz.

Atanızın bu ali misraları nə deyir? Deyir ki:

Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərlig

Sizi təbrik edirəm, memar Rasim Əliyev və Ömər Eldarov, əlləriniz, ürəyiniz var olsun, bu qeyri-adi abidənin doğuluşu üçün!

Azər deyir:

Haqq da, həqiqət də göz önündədir,
Yer altında deyil, Yer üstündədir.

Sizi təbrik edirəm, Cavidlər məqbərəsini ziyarətə gələn bütün insanlar!
Vətən keşiyində ayıq-sayıq oğul və qızlarımız, qeyrətiniz, cəsarətiniz, məhəbbətiniz var olsun!

Azər deyir:

Nəfsinə xor baxan bir qəhrəman ol!
Haqq üçün başından keçən insan ol.

Həmişə tükənməz ol, sənət işığı. Salamat qal,  Cavid odası!

                                                                    Naxçıvan-Bakı,
                                                                    29-31 oktyabr, 1996

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws