|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BİR ÜRƏK VAR, DÖYÜNTÜSÜ VƏTƏN DEYİR

Mahirə Ramilqızının şairlə müsahibəsi

Əlimdə qələm, qarşımda sıralanacaq sözlərin yolunu gözləyən ağ kağızg Elə  hey fikirləşirəm: hansı kəlmə ilə başlayım?! Nə deyim, necə deyim ki, ürəyimdəkilərin, heç olmasa, bir damlasını, bir zərrəsini ifadə edə bilsin.
Bəlkə, bax beləcəg
Bu dünyada çox sevdiyim bir şair – bir insan yaşayır. Yaradanın insafsızlığına, həyatın amansızlığına, taleyin qəddarlığına sinə gərə-gərəg
Ağrı-acısından güclü çıxıb nikbinliklə sabaha baxmaq, özündə güc, qüvvət tapmaq həyat eşqindən doymayanların, usanmayanların, möhkəmlərin hesabına yaranır. O boyda əzabları çəkən kəs bəzən Tanrıdan da böyüklüyə ucalır. Bu dünyanın dərd-sərini toy-bayram kimi qəbul eləmək hər oğulun işi deyil.
Bu amansız dünyada dünyaya vurğun bir şair yaşayır.

Bir şair – bir dünya
Məmməd Araz dünyası

Bu dünyaya daxil olmaq, onun dərd-sərləri arasında itib-batmaq və nəhayət, durulub üzə çıxmaq üçün Məmməd Araz ünvanına yol aldım.
Bu günlərdə ömrünün 62-ci ilini tamamlayacaq şairi necə çağırım?! Məmməd Araz, Məmməd müəllimg Yox.
Ürək qızdıran, çox həlim bir sözg MƏMMƏD ƏMİg
Və bu sözün ucundan tutub fikrimdə dolaşan ilk sualı ünvanlandırıram:

- «Hələ deyəcəyik: dönə o günlər»
Məmməd əmi, indi hansı günün, hansı anın dönməsini istəyirsiniz?

- Yüz də desəm, min də desəm, bu, xoş arzu olaraq qalacaq. Belə olan halda hansı anın, hansı günün, hansı məqamınsa geri dönməsini istəməkg Bu hissi şair dostum Rəfiq Zəka bir nəğməsində elə qəlibə salıb ki, bunu ondan yaxşı ifadə eləmək heç cürə mümkün deyil:

O günlər necə də mənə haydılar,
Gözümə, könlümə şəfəq yaydılar.
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim.

- Tənhalaşan insanların tanhalaşan ağaclar kimi qəfil sınmaq qorxusu varmı?

- Tənhalaşma insan ruhuna yaddır. Bəzən o, tənhalaşan «ağac» olur, qəfil qasırğalar onu qəfil yıxır. Tənhalaşan qaya da belədir, daş da belədir.

«Danışmaq da yükdür,
Susmaq da yükdürg
Hansının çəkisi daha ağırdır?»

- «Danışmaq da yükdür, susmaq da  yükdür». Bundan sonra, məncə, söz qurtarır. Söz qurtarırsa, sənətkar üçün yaşamaq da yükdür, fikir də yükdür. Allah o günü göstərməsing

- Hər əsr yaxşılar yetirmir, amma min cür pislik də yaxşının yerini itirə bilmir. Nədəndir ki, Məmməd əmi, dolub-boşalan dünyamıza nə qədər yaxşılar gəlsə də, yenə də onların yeri boş qalır?

- Dünyadan köçəndən sonra hər bir böyük adamın yeri görünmürsə, demək, onun yeri yoxmuş. Odur ki, yaxşı adamların yeri boş qalır, əks halda, o, yaşamayıb. Yeri boş qalanlar xoşbəxtdirlər.

- «Eh, xoşbəxt olardım onda necə də
Araza baş qoyub yata bilərdim»g

Araz ayrılığı vüsal anlarını yaşamaqdadır. Bu gün tapdaq altda olan Qarabağın qara gününə, Qarabağ ayrılığına nə deyir Məmməd Araz?

- Araz dərdi ağır dərddir. Bizim bu söhbətimizə sığmır. Qarabağ məsələsi bizim gündəlik məsələmizdir. Çox asan əldən verdiyimiz torpaqlar çox çətin qayıdır. Hələ qayıtma ərəfəsində yeni müşkül düyünlərlə üzləşəcəyik. Bunları açmağa hazır olmalıyıq:

- «Mövzularım tükənəndə deyirəm bu an
Gənclik dönə, bir qız sevəm, aldada məni»g

Məmməd əmi, yəqin elə bu dünyada tükənməyən, bitməyən bir mövzu varg saf, təmiz, ülvi məhəbbətg

- Hərdən mənə elə gəlir ki, daha qələm işləmir, daha söz məndən qaçır, daha dərd-sərim yoxdur, daha mövzularım tükənib. Doğma mövzuları varaqlayıram. Bir misramı oyadıram: «Sonuncu qorumla od qalamışam».
Dərdlərimi silkələyib oyadıram, bulağın gözü açılır. Bu hal hər şairdə bir cür ola bilər. Məndə belə olur.

- «Nə vaxt yazasıyam şah əsərimig» - deyən Məmməd Araz şah əsərini yaradıbmı?

- Müdrik bir fransız  deyib ki, dahilik kəmiyyətdir. Bu müdrik adam bilir ki, düz demir, həm də bilir ki, nə demək istəyirg Mənim «şahlığıma» gəlincə isə, demək istəyirəm ki, mən belə iddialardan tamamilə uzağam.  Mən adi bir qələm sahibiyəm. Zamanın xəlbirindən keçmək məsələsi də gələcəyin işidir.

- «İnana bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda!
Ana dəfn oluna, gözəl qocala»g

Məmməd əmi, bu, ölümə etirazdır, yoxsag

Doğrusu, indi də:

İnana bilmirəm ölüm haqq ola,
Ana dəfn oluna, gözəl qocala.
Bəlkə bir səhnədir, əsərdir bu dag

ghəyat, həqiqət də bir səhnədir. Hərənin öz rolu var. Mənfi, müsbətg Uğurlu, uğursuzg Tanrıdan bəxş olunan bu ömrü hərə bir cür yaşayır. Bu dünyada yaşaya-yaşaya unudulanlar da var, sağlığında heykəli qoyulanlar da.

                                                7 oktyabr, 1996

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws