|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Azad  VƏLİYEV

DAĞLARA  SÖYKƏNƏN  POEZİYA

İnkişaf etmiş sosializm cəmiyyətində ədəbiyyat və incəsənətin qarşısında mühüm problemlər dayanır ki, bu problemlər bilavasitə poeziyaya da şamildir. Cəmiyyətimizin bu yüksək mərhələsində poeziya meydanına  öz manerası, dəst-xətti ilə seçilən dərin sənətkarlıq məharəti ilə ədəbiyyatımızın inkişafına məhəbbət və sədaqətlə xidmət edən şairlərdən biri də Məmməd Arazdır.
Bakıda və Moskvada çap olunmuş on üç kitab müəllifi olan M. Arazın “Aylarım, illərim” toplusu (1979) istər onun yaradıcılığında, istərsə də müasir Azərbaycan poeziyasında ədəbi hadisə kimi qiymətləndirilməlidir.
Kitabda vətən məhəbbəti, vətəndaşlıq borcu yalnız M. Araza xas olan sənətkarlıqla oxucuya çatdırılmışdır. Şair quru, poetik cümlələrdən, hay-küydən uzaq qaçaraq heç kəsin deməmiş olduğu ifadələr axtarır.
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim.
Vətən torpağında boy atmış ər igidlərin bədii obrazı kitabda öz geniş əksini tapmışdır. “Babək qılıncı” adlı balladasında şair bu ulu qəhrəmanin qılıncının tapılmasını belə vəsf edir:
            Röyalar, xülyalar bazarı açan
            Minbərlər şəninə vay salmağım var.
            Nəsimi, Nəimi məzarın açan
            Yerin qulağına hay salmağım var:
            Deyirlər tapılıb Babək qılıncı!
Kitabda məhəbbət mövzusuna da geniş yer verilib. “Buludsuz gecələr”, “Qızlar”, “Deyiləm”, “Demərəm” və s. şerlərində şair saf məhəbbəti tərənnüm edir. Şair hər misranın üstündə əsir, hər sözün qədrini bilir ki, bu da onun şerlərinin büllurlaşmasına, yeni çalarlar qazanmasına, xüsusilə poetik inandırmanın güclənməsinə gətirib çıxarır.
M. Araz poeziyanın ən ağır imtahanlarından çıxa bilən şairlərdəndir. İstər heca, istərsə də sərbəst vəzndə yazsın, şair həmişə öz yaradıcılıq manerasına sadiqdir. Müasir dövrdə söz oynatmaları, forma bər-bəzəyi bəlkə haradasa lazımsızdır (ən çox mənaya xidmət etmədikdə). Lakin M. Araz hətta çətin cinaslardan da imtina etmir:
            Könül, doldur məhəbbətdən badə sən,
            Ver ömrünü eşq yolunda bada sən.
            Ömrü boyu sinəsindən bad əsən,
            Növbaharsız dağ nəyimə gərəkdir.
“Aylarım, illərim” kitabına “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Əsgər qəbri”, “Qayalara yazılan səs” poemaları da daxil edilmişdir.
Şair “Dağlara çağırış” şerində poeziyanın dağ əzəmətinə, dağ vüqarına arxalandığını, söykəndiyini və bu əzəmətdən də şair qəlbinin böyüdüyünü çox gözəl ifadə etmişdir:
            Söykənmə möhrəsi nəm divarlara,
            Söykənmə özülü kəm divarlara.
            Ucalıq enilməz dağlar var ikən,
            Dağlara söykənən dağlara söykən!
İnanırıq ki, M. Arazın “Aylarım, illərim” kitabı tələbkar oxucuların və poeziya həvəskarlarının zövqünü oxşayacaqdır.

 1981

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws