|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Cəlal   VƏZİROV,   İbrahim  ABDULLAYEV

MƏMMƏD  ARAZ   NAXÇIVANDA.    

Böyük Azərbaycan şairi Məmməd Araz XX əsr Azərbaycan ədəbiyyatının, Azərbaycan mənəviyyatının heç zaman solmayan, həmişə parlaq olan ədəbi dühalarından biridir. Məmməd Araz yaşamağa və yaratmağa mənəvi haqqı olan qüdrətli söz sərkərdəsidir. Şer və poemaları, dünənli, bu günlü və sabahlı zəngin poeziyası Məmməd Arazı həmişə yada salacaq və hər dəfə Məmməd Arazı oxuyanda böyük iftixar və qürur hissi keçirəcəyik ki, Məmməd Araz kimi qüdrətli şairimizlə bir əsrdə, bir dövrdə yaşamışıq.
Məmməd Arazla hər bir görüş poeziya sevənlər üçün böyük və yadda qalımlı bir sevincdir. Onun şerlərini dinləmək insanı həm düşündürür, həm kədərləndirir və həm də sevindirir. Məmməd Araz poeziyası oxucunu dərhal ələ alır və onu düşünməyə vadar edir. Məmməd Araz poeziyası büllur su, qaynar bulaqdır.
Məmməd Arazın Novruz bayramı ərəfəsində Naxçıvan torpağına bu dəfəki gəlişi bu torpaqda yaşayanlara bahar ətri, bahar duyğusu, bahar təravəti gətirdi. Çox qəribə səslənsə də, Məmməd Araz Naxçıvan torpağına ayaq qoyan kimi göydən nur yağdı. Qış boyu Naxçıvanda qar olmamışdı. Amma Məmməd Araz özü ilə bərabər bu torpağa bərəkət – yağış, qar gətirdi.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan xalqının böyük şairi Məmməd Arazla Muxtar Respublika ziyalılarının görüşü keçirildi. Bu görüş iki missiyaya xidmət edirdi: həm poeziya sevərlərlə görüş və həm də Məmməd Arazın  yeni çapdan çıxan “Yol ayrıcında söhbət” kitabının təqdimat mərasimi idi.
Yığıncağı giriş sözü ilə şair Elman Həbib açaraq dedi:
-- Artıq iki gündür ki, böyük şairimiz Məmməd Araz Naxçıvandadır. Məmməd Arazla görüşmək, onun nurlu sifətini görmək hər bir naxçıvanlının ülvi arzusudur. Məmməd Araz gənc yazarların mənəvi atası, böyük ustadıdır. Kiçik Şahbuz torpağı və onun balaca kəndi olan yarlı-yaraşıqlı Nurs kəndi qürurla, fəxrlə öyünə bilər ki, dünya boyda şair olan Məmməd Araz bu torpağın övladıdır.
Məmməd Araz naxçıvanlılarla görüşə  əliboş gəlməyib. “Yol ayrıcında söhbət” kitabı Məmməd Arazın çoxillik yaradıcılığının yadda qalımlı poetik salnaməsidir. Kitabın adı da duyğulu, anımlı və poetikdir. Şair düşünərək və haqlı olaraq özünün növbəti kitabına “Yol ayrıcında söhbət” adını qoymuşdur. Bu kitab Məmməd Araz yaradıcılığının 30 illik bir dövrünü əhatə edir. Məmməd Araz zamanın nəbzini tutan və ona fəlsəfi don geyindirən şairdir.
Şair deyir ki:
            Heç bir mükafatın yetmədi mənə,
            Bircə sağ olun da bəsimdi, Vətən.
            Bəsimdir, hər səhər təltif yerinə,
            Qapımda küləyin əsibdi, Vətən!
            Qol verdin boynunu qucaqlamağa,
            Göyünə baxmağa göz verdin, bəsim.
            Kürək söykəyənin ana torpağa,
            Haqqı yox ayrı bir təltif istəsin!
Məmməd Araz sözün əsl anlamında Araz şairidir. Araza, onun lilli və şəffaf sularına o dərəcədə bağlıdır ki, özünə təxəllüs seçəndə məhz Araz sözünü seçib:
            Əzizim su deyib ağlar,
            Sünbül su deyib ağlar.
            Arazda bir gül bitmiş
            O da su deyib ağlar.
Məmməd Araz səsinə, sözünə güvənən adamdır. Məmməd Araz öz sağlam və mənəvi ziyalı potensialını hər şeydən uca tutur. O, əyilməyən şairdir. Məmməd Araz bu gün özünün zəngin poeziyası ilə qəlblərdə isti yuva qurur. Biz ona bir şey arzulayırıq:
-- Tanrı ona yar olsun!
Görüşdə Məmməd Araz poeziyasından nümunələr söylənilmiş, onun sözlərinə yazılmış mahnılar oxunmuşdur.

1999

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws