|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Abbas   MUSTAFAYEV  

MƏMMƏD  ARAZ – ŞERİMİZİN  SƏNƏT  BÜRCÜ.

Dünyani evi bilən bu qüdrətli söz sahibinin hər kəlməsinin DÜNYA BOYDA mənası var.
Öz yaradıcılığında daim yeni yollar kəşf edən şairlərimizdəndir Məmməd Araz. Bu da belə bir ömürdür yaşayır qüdrətli söz ustası.
Insan zəhməti, insan qüruru, vətəndaşlıq duyğuları onun bütün əsərlərində yüksək qiymətini alıb. Ömrü boyu torpağa bağlı, gözümüzdə ucalan zəhmətkeş insan onun qiymətsiz əsərlərinin əsas qəhrəmanlarıdır. Məmməd Arazın insanla rəftarı, həqiqətən də örnək rəftardır.
Vətən gözəlliklərinə hədsiz məhəbbət, doğma Azərbaycanın təkrarolunmaz, misilsiz təbiəti, müasir insanın mürəkkəb daxili aləminə diqqət – bütün bunlar Məmməd Araz yaradıcılığında  özünü tanıdan cəhətlərdir.
Yüksək vətəndaşlıq qayəsi, vətən torpaqlarının əzabına, ağrısına qatlaşmaq, ŞİMALLI, CƏNUBLU AZƏRBAYCAN  torpağının vətəndaşlıq yükünü çəkmək... Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır. Öz doğma kökünə bağlılıq, qoynunda ərsəyə çatdığı torpağa vurğunluq bütün şerlərində dolğun bədii əksini tapmışdır. Xalqın böyük ruhuna bələd olan bu şair, məhz, bu səbəbdən halal şöhrət zirvəsindədir.
Onun özünəməxsus, inandırıcı danışıq tərzi, poetik səsi bütün əsərlərində yaxşı eşidilir, hiss olunur. Dinamiklik, qıvraqlıq və çeviklik dolğun və tutumlu edir Məmməd Araz poeziyasını.
Həqiqi sənətə ancaq bu düşüncə ilə varılır. Elə Məmməd Araz da belə sənət yolunun cəfakeşidir.
Bu şair bir ömürdə  kimsənin buyruğuna qol qoymadı, kimsənin tuşladığı barmağın istiqamətini qəbul etmədi... eləcə ürəyinin hökmünə katiblik məsləkini seçdi. O, bədii sözün qüdrətli ustasıdır. O, şerin ədəbiyyətini yaradan, adi sözlə ustalıqla heyrətləndirici əfsun oxuyandır. Ona görə də bu şair bizi yormur. Ədəbiyyatımızda itirdiklərimizi tapıb yerinə qoymaq üçün Məmməd Arazı oxumaq kifayətdir. O Məmməd Arazı ki, sənətin çətin yoxuşlarını birnəfəsə çıxıb.
Sağlığında ulular cərgəsində öz yerini tapmış Məmməd Araz lirik şerləri, bu şerlərin atalıq sözü qədər tutarlı deyimlərlə cilalanmış süstlü misraları indi dillər əzbəri olmuşdur.
Məmməd Arazın lirik məni əzab və işgəncələrdən yoğrulmuş dünyamızın çox həssas bənzərlikləri ilə diqqətimizi çəkən uyar timsalıdır. Məmməd Arazın poeziyası klassik şerimizin XX yüzillikdəki doğmalıq, övladlıq, eynu soydan olma rəngidir.
Hər oxucu dünyasında Məmməd Araz şerinin ayrıca bir yozumu var. Onun poetik sözü hər dəyərləndirmədən, tərifdən daha ucadır. Yetər ki, səbrinizi basıb, bu böyük şairimizi ağıl gözü ilə, ürəklə oxumağa girişəsiniz.

2001
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws