|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 “Şərq”çilər   şairin  qonağı oldu

MƏMMƏD  ARAZ  71-İ  HAQLADI

Dünən böyük şairimiz Məmməd Arazın doğum günüydü.  Baş redaktorumuz Akif Aşırlı elan etdi ki, bu gün (dünən) hər necə olsa gərək gedib Məmməd Arazı təbrik edək. Məmməd Araz canlı klassikdi. Onun qapısını açmaq, süfrəsi arxasında əyləşmək imkanı hər vaxt ələ düşmür və hər kəsə də nəsib olmur. Bu  imkandan gərək yararlanaq. Uzun sözün qısası, Məmməd Arazın ailəsi ilə əlaqə saxladı. Ev sahibinin razılığını aldı. Və yola düzəldik. “Şair evinə gül-çiçəksiz gedilməz” deyib yolüstü “Ağ çiçəyim”ə də baş çəkdik.
Qapını üzümüzə evin sahibəsi Gülxanım müəllimə açdı. Üzü gülürdü. Zarafat deyil, ömür-gün yoldaşı 71-i haqlayırdı. Burada Tanrının rizası bir yana, onun da zəhməti, yuxusuz gecələri vardı. Mənzilə toplaşanlar ancaq doğmalar və Məmməd Arazın özünə doğma bildiyi adamlar idi.  Şair danışmağa həvəs göstərmədi. Bir də danışmağa nə ehtiyac vardı. Bütün ömür yolu, keçdiyi həyat göz önündəydi. Bu ömür yolunu böyük çərçivələrə salınmış fotoşəkillər aydın göstərirdi. Onlardan birində şair Məmməd Araz hələ cavandı. Bir tərəfdə ömür- gün yoldaşı Gülxanım müəllimənin gənçlik rəsmidi.
Xəstəhal olmasına baxmayaraq, deyəsən, Məmməd Araz məclisi  özü idarə etmək istəyirdi. Ona görə də birinci olaraq  masaya özü yaxınlaşdı və hamını dəvət etdi.
Akif   Aşırlı şairi təbrik edərək dedi ki,  Məmməd Arazın işığına yığışmaq böyük şərəfdi. Bu şərəfə nail olduğu üçün Tanrıya minnətdardı: - Məmməd Araz Azərbaycanın canlı salnaməsidi. Məmməd Arazın nəinki Azərbaycan ədəbiyyatında, həmçinin Azərbaycan tarixində öz yeri var. Neçə-neçə gənc nəsil Məmməd Arazın şerləri ilə boy atıb. Onun şerlərindən Vətən sevgisini öyrənib. Məmməd Arazın şerləri Azərbaycan insanının milli şüurunun, milli təfəkkürünün oyanmasına təkan verib. O şerlərdən gələn impulslar, hisslər insanlarımızı Azərbaycanın müstəqilliyi uğrunda  davaya çıxarıb. Millət kəmiyyəti ilə yox, keyfiyyəti ilə ölçülür. Bu gün Azərbaycan millətini təmsil edəcək 3-4 adamdan biridir Məmməd Araz. Məmməd Araz nəinki Azərbaycanın, bütövlükdə türk dünyasının görkəmli şəxsiyyətidir. Millətini, dövlətini sevən hər bir kəs Məmməd Arazı da sevməlidir.
Böyük şairə Tanrıdan cansağlığı və neçə-neçə illər Azərbaycan insanının iliyinə işləyəcək gözəl poeziya nümunələri yaratmağı arzulayaraq  vidalaşırıq.

14 oktyabr. 2003


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws