ÖZÜM SƏYYAH OLSAM DA... Məskənim gah Polesya, gah Çukot, gah Pamirdir, Vətənimin hər yeri mənim gözümdə birdir. Gah Aralda üzürəm, gah Amurdan keçirəm, Sanıram mənimləsən yenə, hardan keçirəm. Çox qızlar da görürəm, görürəm səndən gözəl, Deyirəm, gözəl yoxdur könül sevəndən gözəl. Sevgilim, dolandığım min diyardır, min eldir, Özüm səyyah olsam da, eşqim səyyar deyildir. 1956. |