ARAZ YADIMA DÜŞÜB
Dostum Söhrab TahirəBir gözümdə sevinc var, Bir gözümdə qəm yaşı; Yanar səhra kimiyəm, Nəğmə bahar yağışım... Oxu, bir aram-aram, Oxu, bir həzin-həzin, Oxu, çöllər uyusun, Oxu, dağlar titrəsin... Araz yadıma düşüb, Hər teli min havalı O saz yadıma düşüb! Sahilində küləklər Gəzməyib mənim qədər. Sularında ördəklər Üzməyib mənim qədər. Qayasına baş qoyum, Saçımı dalğa yusun, Körpə kimi uyuyum Səsiylə dalğasının... Araz yadıma düşüb, Hər teli min havalı O saz yadıma düşüb! Hanı balıq tutduğum?.. Batıb qarmağım onda. Yoxsa o zaman itdi Uşaqlıq çağım onda. Bilirəm, o illərə Qayıtmaram bir də mən. İlk eşqimin sirrini Bir o bilir, bir də mən... Araz yadıma düşüb, Mizrab vur tellərinə O saz yadıma düşüb! Oxu, çıxım sahilə Kəhkəşan qucağında Gəzim Araz sinəmdə, Naxçıvan qucağımda. Uzansın Moskva çay Bir qolum kimi bu dəm: Mən onunla Xəzərdə Araza əl verərəm. Araz yadıma düşüb! Araz yadıma düşüb! Moskva, noyabr 1960 |
|