HƏZİ BURDA DOĞULUB!
Dedim, bu nə axındır Kiçik bir evə sarı. Ağsaçlı bir qadının Titrədi dodaqları: -- Həzi burda doğulub! Onu andım, göy dəniz Elə dalğalandı ki... Keçən bulud karvanı Göylərdə dayandı ki, -- Həzi burda doğulub! Onun adı dilimdə Bağa girdim: gül açdı. Qoca palıd baş əydi, Dilsiz çinar dil açdı: -- Həzi burda doğulub! Gözlərdə sevinc duydum, Dedilər ki, bu, odur! Sahil boyu şamlar da Ürəyinin odudur, -- Həzi burda doğulub! Sanki Qafqaz küləyi Dolandı Avropada: Dünyanın ürəyindən Gəldi bu səs, bu səda: -- Həzi burda doğulub! 1961 |
|