|
|
|
SUBAY KOSMANAVT
Bir qız dodaqaltı gülümsəyərək “Üçüncü kosmonavt subaydır” deyir. Qız onun birinci gözaltısı tək Məktub yollamağa ünvan istəyir.
O ki,salam verdi səyyarələrə, Ünvansız ulduzlar -- ünvanı onun... Onun dolandığı, gəzdiyi yerə Getməz xəyalı da heç poçtalyonun.
Bu ada, şöhrətə qibtəçiyəm mən, Bu eşqin mayası ümman deyilmi? Bu qədər ürəyi fəth eləməkdən Fəzanı fəth etmək asan deyilmi?
O, Yer orbitini kəsib keçəndə “Üçüncü bir şahin uçur” dedilər. Səma qardaşları, “qızlar içində Birinci kosmanavt budur” dedilər.
Gərək hər ulduza bir şer yaza, Hər qıza bir nəğmə oxuya indi. Hər ulduz bir qıza oxşayırdısa, Hər qız bir ulduza oxşayır indi.
Səs gəlir fəzalar qəhrəmanından; Qızlar: Nə yaxşı ki, subaydır, -- deyir. Görünür, məhəbbət şöhrət yanından Heç vaxt saymazyana keçə bilməyir...
Elə bil heç ulduz qalmadı göydə, Hər qıza birini töhfə gətirdi. Fəzaya uçduğu sürət ilə də Dünya qızlarının qəlbinə girdi.
A qızlar, yoluna gül-çiçək səpin, Gəncliklə subaylıq ömrün yazıdır. O da bizim kimi axır birinin Önündə farağat dayanasıdır...
Sevən ürəklərə xəbər aparın, Mənim qulağıma bir səs dəyibdir. A qızlar, gələcək kosmonavtların Deyirlər çoxusu evlənməyibdir... 1962
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|