TUNC ATLI
(Pyotrun heykəli önündə)
Atının nalından od parıldayır. Ordular basarsan bu yürüşlə sən. Gələnlər qarşına əklilər qoyur, Sən bir gözucu da gülümsəmirsən.
Gülməyə macalın, vaxtın hardadır, Bir qolun qılıncdır, bir qolun balta. Rusiya gəmisi bir əl axtarır. Ki, onu Nevadan Baltikə darta.
Sən böyük sərkərdə, sən qəzəbli çar; Bənnasan palçıqlar içində yenə. Gərək Avropadan gələn qonaqlar Burdan rişxəndlə yox, həsədlə dönə.
Atını tarixin meydanına sür, Ölçülüb verilsin öz yerin sənin; Dvoryana süfrə, kəndliyə zəncir, Düşmənə qılıncdı əllərin sənin!
Baxır gözlərinə hər gəlib gedən, Sənə də qamçılı çar, deyib keçir. Hamı saymaz ötür çarın önündən, Fəqət sərkərdəyə baş əyib keçir. Leninqrad, 1961.
|
|