QOCA VƏ DƏNİZ
E.Xemenqueyin ölümünə
Saçları -- rənginə bənzər, Səsi -- ahənginə bənzər, Yatağı -- sinəsi olan, Ləpəsi -- nəğməsi olan Bir dəniz yaratdı qoca. O, sərhəd bilmədən üzdü, Üzdü qitələr boyunca... Tale fırtına yaratdı, Avar düşdü, qayıq batdı... Fəqət sahil daşlarına Həkk olunan bir iz qaldı: “Qoca getdi, dəniz qaldı...”
1961
|
|