BİTMƏMİŞ ŞERLƏR
Hər arzu, hər istək nəğməyə dönüb Səslənə bilməyir könül tarımda. Bir sətir yarımçıq, bir fikir sönük Qalır qaralanmış varaqlarımda.
Yox, gülüm, onları yandırma, dayan; Gəzdirsin, yaşatsın hər sözü ürək; Öz ömür yolunu başa vurmayan Döyüşçü dostunun xatirəsi tək.
1968
|
|