DEYİRLƏR
Deyirlər mənim də düşmənlərim var, Adımı, imzamı asanlar olur. Deyirlər kölgəmi qılınclayanlar, Deyirlər rəddimi qazanlar olur.
Doğrusu, bilmirəm varmı düşmənim, Bədxahlar ələnir gözümdə bir-bir. Bəlkə də onlara ilk zərbəm mənim Onları əbədi görməməyimdir...
1964
|
|