QIRMIZI QƏLƏM
Bir vaxt onu tapanda olmazdı dərdim. Qaşqa qulunu da, Təpəl quzunu da sevindirərdim. Qırmızı zolaqlı yumurta necə qəşəng olardı! Qatarda uzaq gedən, Döyüşdə bərk olardı... Bir az da böyüdüm, Bu qələmlə qırmızı Alma çəkdim, cam çəkdim, Qırmızı adam çəkdim. Qiymətlər içində Ən çox sevdiyim qırmızı “beş”di. Keçdi, Qırmızı pionerlik Dövrüm də keçdi. Qırmızı qələmlə bir də Sonralar qarşılaşdım, Bu dəfə sevinmədim, Titrədim, çaşdım. Rəngi bilinməz rəngdə Gözümə dəydi qırmızı qələm. Bir bürokrat əlindəydi qırmızı qələm... 1965
|
|