Bəzən unuduram özümü tamam, Elə bil özümçün yoxam həyatda. Giley yorğunuyam, zəng yorğunuyam, Yolum bir otaqda, işim yüz adda.
Qoy belə ərisin min ömrüm olsa, Boş anı keçməsin bir dəqiqəmin. Deyirəm hamıçün yaşayıramsa, Hamı da mənimçün yaşayır yəqin... 1964
|
|