İKİ TALE
Üz-üzə gəldilər bir təsadüflə, Biri alışmamış kibritdir hələ, Çəkilib atılmış papiros biri, -- Dünəni qaytarmaq istəmir geri; Onun ümidləri tikan üstədir, O heç nə istəmir, heç nə istəmir -- Kişi nəfəsilə isinən bucaq, Onunla səhəri açan bir qucaq, Bir də günahından keçən mərhəmət... Oğlanın suallı baxışları sərt: Yönəldir gözünə göz aynasını, Salır ürəyinə söz aynasını... Birinə məhəbbət, ürək lazımdır, Birinə bir parça çörək lazımdır...
1965
|
|