**
Mən hara baxsaydım, üfüqlər kimi Səni görərdim. Üfüqdən yayılan şəfəqlər kimi Səni görərdim. Səhərin gözümə açıl deyərdi, Axşamın gözümdə gecələyərdi. Hardasa azdırdın gümanımı sən, İtirdin əbədi ünvanımı sən,.. Doğrudan, əlçatmaz üfüqlər oldun, Üfüqdə əriyən şəfəqlər oldun...
1964
|
|