** Deyirdim ömürlük sənindi qəlbim, Onda yaşayırsan, yaşayır o da. Deyirdim dəryadan dərindi qəlbim, Çünki bir məhəbbət uyumuş onda... Bilmədim heç necə yarıldı sinəm, Bir tufan ağzında seli, gurşadı - Qəlbimi arayıb, axtarıb bu dəm Yudu bir sevdanı, sildi bir adı. Qarğıma gurşadı, seli, küləyi, Onlara mən dedim! Niyə mən dedim? - Mənim ürəyimdən çıxan ürəyin İçində bir ürək gizlənmiş idi... 1965 |