YAXŞILIQ
Yaxşılıq neçə min ilməli hana, Nəsildən nəsilə qalan varımız. Fəqət yaxşılığı başa qaxana Kişi deməyibdir babalarımız. Bəzən baş-başa gəl qarla, yağışla, Birinə səadət həvəsində sən: Əsil insanlara dünya bağışla, Bir çürük qoz umma əvəzində sən. Olma təmənnalı yaxşılıq acı. O, zəhər qatılmış çörək kimidir. Ya da bir kasıbın, Bir naillacın Könülsüz satdığı inək kimidir. Ya gürşad aparar, Ya həllənc vurar, Ya da döşü yanar-- Südü quruyar... 1966.
|
|