ƏNƏNƏ
Qızım -- elə bil ki, nənəm, Oğlum -- elə bil ki, mənəm. Mən atama oxşayıram.
Atam babama, Amma Arzumun süfrəsini görən olsa, Fikrimizin bostanına girən olsa, Deyər ki, yaşayırıq Hərəmiz bir ayrı erada. Mən oxşarlıqdan qorxmuram. Mən uzaq yaşarlıqdan qorxmuram! Qorxmuram ayrı bir erada! Bilirəm zamandan məkana, Məkandan zamana Çəkilən əbədi Ənənə telləri yaşayır arada. 1967
|
|