DİQQƏTİM Deyirsən: qadınlar diqqət sevəndir, Diqqətim keşikçin, diqqətim qulun. Hələ istəyirsən bir adam nədir, Yüz adam diqqətli diqqətcil olum. Adi eyhamını gözündə görər Mənim göz diqqətim, xəfif diqqətim. Səni sancağından çəkmənə qədər Tərifə bələyər tərif diqqətim. Baxmaz bir gözucu özgə qadına, Ehtiras diqqətim sadiqdir yaman. Ad günü yaşını salmaz yadına, Mənim yaş diqqətim ayıqdır yaman. Duyğu diqqətim də küləyə dönər, Qapıb hər qəmini didər dişində. Qayğı diqqətim də mələyə dönər, Səni çimizdirər nəvazişində. Mənim yol diqqətim min bir qanadlı Sözsüz, lətifəsiz, gülüşsüz olmaz. Əyləncə diqqətim şit zarafatlı, Ayrılıq diqqətim öpüşsüz olmaz. Çox diqqət dərsini o hələ bilmir, Çox görüb-götürə gərək diqqətim. Bircə məhəbbətə çevrilə bilmir Bu ütük diqqətim, zirək diqqətim. Yanvar 1968 |