 |
|
|
SƏN MƏNİ SEVSƏYDİN...
Sən məni sevsəydin nolardı görən? Görən olardımı bir dərdim onda? Yoruldum demədən qolum üstə sən Dünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən Dünyanın məhəbbət acları bəlkə, Təzə haşiyələr alardı bizdən Dünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdi Alqışlar. təbriklər, dualar-bizim. Bizim bəxtimizə səpələnərdi Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar dənizdən, Sular mehrimizə həsəd çəkərdi. Ulduzlar bircə yol pəncərəmizdən İçəri baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli pöhrə, Məcnun bir səhərin gözündə gələr. Saçını tor elər sahildə Zöhrə, Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin əgər... Kim olub bəxtiyar quru ad ilə. Həyatda “ürəkləş”, “sevləş” demirlər, Ayaqlaş deyirlər bu həyat ilə. Dekabr, 1968
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |