RAKETLƏR
Raketlər oynayır həyətdə, Raketlər oynayır. Bir şarı yüz dəfə vurmaqdan, Yorulub, yormaqdan. Doymayır raketlər, doymayır. Onların ayağı bu günlə, Başları sabahla oynayır. Görürəm: yüyürür, yüyürür. Qaçırlar, qaçırlar. Üfüqdən fəzaya Qapılar açırlar. Təyyarə səsini udurlar, Zərbəli, hücumlu səslərlə. Sabah bu cilovsuz hisslərlə Yer altdan, yer üstdən Qəfləti ölümü Daşıyar bu raketlər. Üşüyən torpağa Sərnişin ulduzlar Daşıyar bu raketlər. Raketlər oynayır. Ayaqlı, əlli raketlər. Gözlü, qaşlı, telli raketlər, Yuxuda diksinmə, Yer anam Səksənmə, Yer anam. Yolunla rahat get. İnsana yönələn raketə Yönəlib insan raket. Fevral, 1968
|
|