İTLƏR
   İtlər qar üstündə həvirləşirlər, İtlər oynaqlayır, süpürləşirlər. Gəmirir, dişləyir biri-birini, İtcə nəşələnir, itcə sevinir, Bu onu, o bunu bulayır qara... Elə bil həsədlə baxıb onlara, Hardansa sümsünə-sümsünə                     bir Boz tula gəlir. İtlər duruxurlar,             itlər baxırlar. Onu imsiləyir, bunu iyləyir, Sanki it dilində nə isə deyir, Sonra hürə-hürə hasarı aşır. İtlər mırıldaşır,  İtlər tutaşır... İtlər bir-birini az qalır didə, Uşaqlar tökülüb harayçı olur. İtlər qovulur,             ancaq Çox nahaq İtlər inandılar üçüncü itə.
  Yanvar, dekabr 1968
             |   
  |