|
|
|
BİZİM GƏNCLİK
Yenə gənclik ordumuzun Mübarizə yollarını saldım yada. Ömrümüzün gah günəşli, Gah boranlı illərini Saldım yada. Gözlərimdə Çapay durdu, Həzi durdu, Gəray durdu. İlk sırada getdi gənclik Xalqımızın hər müqəddəs, Hər mübariz çağrışına; Bəzən döyüş meydanına, Bəzən dostluq yarışına. Azmı odlar ayaqlayıb Oddan aldıq yurdumuzu... Avropalı Dunay boyu Dunaydan da güclü gördü ordumuzu. Qayıtmaqçün Vətənə biz Bəzən ondan aralandıq. Ağır yara vurmaq üçün düşmənə biz Bəzən ağır yaralandıq. Yox, alsaq da neçə yara, Ağrı duyan qəlbimizdə Yer vermədik ağrılara; Çünki bir yaz havasında, Zərbəmizdən yuvasında Düşmənlərin can verdiyi günü gördük. Ağrılara yer vermədik Bəli, ağır yaramızda. Çünki arxa sıramızda Neçə dostun Yürüşünü gördük. Bir dost kimi, qardaş kimi Keçdik macar torpağını, Bizə ayaq açanların Üzdük yerdən ayağını. Qucaqlayıb boynumuzu, Çiçək səpdi yolumuza Çiçək üzlü bolqar qızı. Gənclik döyüş meydanında Nərə çəkib aslan oldu. Gənclik sevib-seviləndə -- Məhəbbəti ümman oldu. İlk sırada getdi gənclik İstər döyüş meydanına, İstər əmək yarışına. Lazım gəlsə səs verərik Yurdumuzun çağrışına, Yurdumuzun sərhəddinə Sinəmizlə sədd çəkərik. Qarşılaşsaq ölümlə biz, Ölümə də xətt çəkərik. Lazım gəlsə, qoşularaq Yurdumuzun çağrışına Günəşdən od gətirərək Yurdumuzun sərt qışına. Gənclik sevgi, gənclik zəhmət, Gənclik zəfər, gənclik qüvvət, Gənclik daim alovlanan, Daim yanan bir ürəkdir. O ilk getmiş, gedəcəkdir Xalqımızın hər müqəddəs, Hər mübariz çağrışına, İstər döyüş meydanına, İstər əmək yarışına!
1956
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|