* **
Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır. Kimi sənin çiynində, sən kiminin... Şöhrətini yaşadan az yaşayır.
Bu gileydən qəlbim yaman xallanır: Çox ünvanda qaçaq tərif yallanır. Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlı dayaz yaşayır.
Gülüm, bir də görüşünə yubansam, Adımı tut, harda dağlar dumansa. Gözünü sıx, Hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır.
1971
|
|