ÇAY AXIR
Çay axır, çay axır... Rəngi: Elə bil ərimiş qurğuşun qaya axır. Sürəti: Göz ölçündən asılı... Mənzili: Məcrası torpağa yazılı. Çay axır. Yağış da yağır, Dolu da yağır, Şimşək də çaxır. Çay axır. Qocaman dağlar da Arabir o taydan bu taydan ətəyini çırpır, Xırxaxır Çay axır. 1973
|
|