 |
|
|
HEYKƏL ÖMRÜ
Görkəmli heykəltaraş Fuad Əbdürrəhmanovun xatirəsinə
O, heykəllər dünyasında səyyah idi, Yol getmişdi on ikinci əsrə qədər. O, heykəllər dünyasında Allah idi, Daşa gülüş vermiş idi, tunca qədəm. Rudəkinin hər gözünün didəsində Bir günəş əritməyə həsrət vardı. Günəş endi Pamirin ağ zirvəsindən O əllərdə o gözlərə nur apardı. Əl uzadıb üfüqlərə qapı açan Şair ona dan işığı bağışladı. O, yol gəldi Nizamidən Vurğunacan, Neçə qaya-zəmilikdə yer xışladı. Nəfəs dərib, külüngünü çaldı yerə; Səda kimi daşdan-daşa keçib getdi. Fuad həyat gətirmişdi heykəllərə, Fuad heykəl həyatına köçüb getdi.
1971
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |