QANADLI QAYALAR
Bir daşmı sıyrılıb qopdu qayadan, Başı hamarlandı bir şiş qayanın. Burda qayaları qartal sayanın Uşaq heyrətinə baş əyir adam.
Burda hər zirvəni zirvə qoruyur, Qartal gözləriylə baxır qayalar. Bir gündə neçə yol bir qartal boyu Alçalır qayalar, qalxır qayalar...
Şuşa, 1970
|
|