UCA DAĞ
Bu qədər ucalıq, nəyə gərəkmiş? Meşə qurşağından, çay topuğundan. Gərəksiz yüksəliş ölüm deməkmiş, Niyə ayrı düşüb daş-torpağından!
Göyü papaq kimi geyib başına, Üstündən qartallar ötüşə bilmir. Çılpaq qayasına, soyuq daşına Yağışlı dumanlar yetişə bilmir.
Ələsən, bir ovuc torpağı yoxdur, Yaşar baş daşından betər, deyirəm. Özündən savayı dayağı yoxdur, Bir fit səsindən də büdrər, deyirəm.
1970.
|
|