YURDUMUZUN QIZLARI
(Nəğmə)
Zəhmətiniz üz ağlığı, Yurdumuzun gül qızları. Başımızın ucalığı, Bəxtimizin ulduzları.
Nur daşıyar bu ağ yollar, Bələdçisi mərd oğullar. Təbəssümlər “uğur” -- deyər. “Məni səslə, çağır” -- deyər...
Ön sırada gedənlərin Qismətinə alqış düşər. Qəhrəmanlar nəfəsindən Qayalara naxış düşər.
Bir saz kimi çalaq Kürü, Bu düzlərə nəğmə qoşaq. Ağ işıqlı Mil-Muğanda Gül qızlara nəğmə qoşaq.
İyul, 1973
|