DAĞ YADDAŞINDA YAZI
Birisini çıxartdılar uca bir yerə, Tez aşağı daş hellətdi: -- Baxın, hardayam!.. O birisi özü qalxdı bu yüksəklərə, Heç demədi: “Mən də varam, Mən də burdayam”. ... Yazı gördüm dağ döşündə -- Dağ yaddaşında: Birincinin helləncinin çuxuru qalıb; İkincinin ayağının cığırı qalıb...
1973
|
|