BAYRAM ÇİÇƏKLƏRİ
(Qızımın nəğmələri, Qızım Şəlaləyə)
Salam, salam ay çiçəklər! Göy çəmənlər, ağ çiçəklər! Bayrağımı yellədirəm, Buludlara əl edirəm. Ağacları səsləyirəm, Yamacları səsləyirəm. Ey maşınlar, dayanın bir, Bu gün axı nümayişdir! Küçələrdən axın-axın Gedənlərə baxın-baxın... Necə bəzənib küçələr, Küçələrdə gör nə qədər Adam vardır, Gülür hamı. Salam, salam, May bayramı! Mən də səni təbrik üçün Nümayişə çıxdım bu gün. Bir əlimdə çiçəyə bax, Bir əlimdə kiçik bayraq. Salam, salam, ay ulduzlar, Uzaq-uzaq, ağ ulduzlar. Bu gün bizə gəlin qonaq! Bu gün fişəng atılacaq! Bu gün axı yer üzünü Gəzə-gəzə bir May gəlib, Ölkəmizə bir May gəlib! 1970.
|
|