AĞACLARIN ANASI
-- Çörək verir mənə anam, Böyüyürəm, boy atıram. Bəs çöldəki o ağaclar? Onların da anası var? Böyüyürlər ildən-ilə Nə yeyirlər onlar belə? -- Ağaclar da yemək yeyir, Ağaclar da nəğmə deyir, Ağaclar da yatır, durur. Bir-birilə evcik qurur Ağaclar heç dalaşmırlar, Bir-birinə dolaşmırlar. Onlar sevir anasını, Sevir onun laylasını. Bilirsənmi, ağacların, Anasıdır torpaq, qızım! Torpaq deyir ağaclara: Axşam düşür, yataq, qızım! Yataq biz də, yataq, qızım!
1970.
|
|