GÜL -- TÖHFƏLƏR
Bu qədər güllərə uyma, gül balam, Mənsiz bu töhfələr yox ola bilər. Körpə düyğuların belə zövq ala, Beləcə incəlib, yuxala bilər.
Mağara ağızlı vədlər kamına Tez baxıb, tez uyan incələr olur. Qəfil bürkülərin yaz kəlamına Tez uyan, quruyan incələr olur.
Mələr çəmənlərdə quzu küləklər, Sazaqlar yol üstə yaz haraylayar. Qırıb pəncərəni quzğun küləklər, Qəlbini didməyə yas haraylayar.
Güllərə hopulan bu alqışları Gülüm, göz yaşınla yuyarsan onda. Tikan qayğıları, buz baxışları, Ayaz gülüşləri duyarsan onda.
İyun-avqust, 1970
|
|