BİR ÖMÜR XATİRƏ
Bir xatirə dəftərinə bənzəyər ömrüm, Neçə tale görüşdürər, aralayar o. Bir xatirə dəftərini bəzəyər ömrüm, Bir xatirə dəftərini qaralayar o.
Xatirələr qızıl donu, gümüş donünda Dünənini geyindirər, bəzər, yorulmaz. Xatirələr ömrü boyu dərviş donunda Qapı-qapı itiyini gəzər, yorulmaz.
Xatirələr görüşlərin arasında çay, Adlayaraq körpüsündən o yan - bu yana. Xatirələr xətri ucuz insandan qaçar, Xatirələr insanlıqda dönər insana.
Günəşliydi, gəncliyimin güney yastanı, Çiçəkliydi, çisəkliydi, quzeyləri qar... Xəyalımda xatirələr məzarıstanı, Xəyalımda xatirələr muzeyləri var.
Adamlar var bir sözümü saxlar yadında, Bir vədədə bir taleyin gümanı yatır. Ürəyimin kəşf olunmaz sirli qatında Açılmamış xatirələr divanı yatır.
Eh, oyatdım mən onları çox nahaq yerə, Udacaqdır onları da yer-ürəyi buz. Bir xatirəm köçəcəkmi xatirələrə? Min xatirə köçəcəkdir mənimlə, əfsus!... 1970
|
|