YAŞAYAQ ÖZ ÖMRÜMÜZÜ
Elə bir məqamda durmuşam indi, Yıxılsam, görəsən kim məni saxlar... Bilirəm, yıxılsam dərdim sənindi, Açıqca bildirsən, qınayacaqlar.
Bir kimsə danışmaz iki qayğıdan, İki könül yaşar gözlərdən uzaq. Elə bil tufanlar keçib qayıdan Bir gəmi sahildən çəkinir ancaq.
Tənələr, qınaqlar sədd olar bizə, Bəs yıxıb adlasaq? -- görsələr əgər?.. Biz qapı açmışıq öz eşqimizə, Keçməyə qorxuruq: -- Görən nə deyər... Fevral, 1974
|
|