İLĞIM MƏHƏBBƏT
-- Könlümə ələndi payız yarpağı... Məhəbbət, nə erkən saraldı belə. -- Hər təzə çiçəyim, yaşıl budağım Darandı sənin ki, öz əllərinlə... -- Əllərim, cansız daş mamır göyərdir, Açmamış güllərə sən necə qıydın?.. -- Ağrısı indimi səni göynədir? Özün ki, məst oldun, özün ki, qırdın... -- Mən özüm?.. ürəyim, dillənsənə bir... -- İncik məhəbbət də ilğım kimidir, Görünər gözünə, Gülümsər, qaçar, Daha dalısınca ağlama naçar...
Mart, 1974
|
|