ƏSGƏR AĞAC ƏKİR
Ətrafı qum çölü, qum adası; Çiynində avtomatı, Böyründə qumquması, Gözündə üfüq ayna, Əsgər keşik çəkir sərhəd boyunda. Əsgər növbə dəyişir, Əsgər ağac əkir sərhəd boyunda... Burda elə bürkü də, Qasırğa da, külək də Sərhəd düşməni kimi Hücuma məqam gəzər; Torpağa tüfəng əkər, Avtomat bağışlayar Sanki sərhədçi əsgər. Əsgər ağac əkir... Yeriyib, özlüyümdə Qoşuluram əsgərə, Bu əsgər niyyətini Daşıyırıq hər yerə - Hər tüfəng qundağından Bir ağac bitib indi! Bu meşə nə sərindi, Bu meşə nə dərindi... Əsgər ağac əkir... Yanvar, 1973
|
|